turklehceleri.org

kövrək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kövrək

sif.
1. Tez ovulan, tez dağılan, tez sınan. Kövrək kəsək. Kövrək buz. – O zaman qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı. Rəngini itirmiş kağızın kövrək qat kəsikləri də göstərir ki, xeyli müddət gəzdirilmiş, neçə əldənələ keçmişdir. Q.İlkin.
2. məc. Zəif, titrək, nazik, yumşaq, həzin, ağlamsınan. Qoca, kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn. Abbas kişi onun bu sözündən kövrək bir ahəng duydu. Mir Cəlal. Həsən bəy kövrək və səmimi bir səslə: – Məndən bütün uşaqlara salam yetirin, – dedi. Q.İlkin.
3. məc. Tez təsirlənən, tez mütəəssir olan; ürəyi yuxa, yumşaq. Kövrək adam. – Bircə kövrək xatirələr qalanmış; Onu da ki, ha çevirim, ha sanım... M.Araz. • Kövrək olmaq – hər şeydən tez təsirlənmək. Gülnisə son zamanlarda çox kövrək olmuşdu. M.Hüseyn. Yaman kövrək olur, yamanca həssas; Yetim ürəklərin eşqi, fitrəti. B.Vahabzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kövrək

zərif, yumşaq
{zarif, yumuşak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kövrək

gevrek, kırılgan


Last searches: