korpeşman
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kor-peşman
zərf İstədiyini əldə etməmiş, arzusuna çatmamış; əliboş, peşman halda. Kor-peşman geri dönmək. Kor-peşman yola düşmək. – [Rəsul] kor-peşman anasının yanına gəlib onu işdən hali etdi. “Aşıq Qərib”. Kürdlər də kor-peşman öz qoyunlarını götürüb Arazın qırağına getdilər. “Aşıq Ələsgər”. [Əhməd] ..başına bir çəllək soyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib mindi. B.Talıblı.