komod
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
komod
[fr.] Dəyişək, müxtəlif tualet şeyləri və s. qoymaq üçün siyirməli yastı şkaf növü. Güzgü, daraq komodun sol gözündədir. – Şəhla xanım şaqşaraqla komodun siyirmələrini açdı. S.Rəhimov. Xanpəri komoddan bir vərəq kağız çıxartdı. Ə.Vəliyev.