knyaz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
knyaz
[rus.]
1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə – feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları.
2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul (XVIII əsrdən bu titul çarın fərmanı ilə də verilirdi) və bu titulu daşıyan şəxs. Qız zənn edır, səfərdən gəlir knyaz; Birdən görür bir qonaqdır tanınmaz. A.Səhhət. [Əhməd:] Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, .. onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov. [Əmiraslan ağa:] ..Mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmiş? S.S.Axundov.
Uzbek—English Dictionary (Dirks, 2005)
knyaz
hist.: (Russian) prince.