kişnərti
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kişnərti
is.
1. Atın çıxardığı səs; kişnəmə. Atın kişnərtisinə bir gəlin çölə çıxdı. Ə.Vəliyev. [Sərvinaz] ..çöldəki hənirtini alan çal atın kişnərtisini eşidirdi. B.Bayramov.
2. məc. Uğultu, şiddətli səs. • Kişnərti salmaq – uğuldamaq. Güclü külək kişnərti salır, uğultu uğultuya qarışır, min bir səs bir-birinə qovuşurdu. S.Rəhimov.