turklehceleri.org

kiçiklik

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kiçiklik

is.
1. Həcmcə, ölçücə balacalıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçikliyi.
2. Kəmiyyətcə, sayca, miqdarca, cüzilik, azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.
3. Yaşı az olma; azyaşlılıq, balacalıq. Kiçikliyinə baxma, çox zirəkdir. // Kiçiklikdən şəklində – balacalıqdan, uşaqlıqdan. [Əzim dayının] uca bir budaqdan digər bir budağa sürətlə elə atılışı var idi ki, bu cürət və çevikliyi ancaq ta kiçiklikdən idman görmüş .. uşaqlarda görmək olur. A.Şaiq.
4. məc. Əhəmiyyətsizlik, cüzilik, yüngülvarilik. Məsələnin kiçikliyi.
5. Vəzifəcə, rütbəcə aşağı olma. Vəzifənin kiçikliyi. ‣ Kiçiklik etmək – özünü aşağı tutmaq, böyüyə hörmət etmək, ehtiram göstərmək. Kiçikliyində qalmaq – bax. kiçiklik etmək. [Nəsir] ..öz kiçikliyində (qalır), ehtiramını yenə əvvəlki kimi saxlayırdı. S.Hüseyn.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kiçiklik

I. balacalıq
{küçüklük}

II. balacalıq
{küçüklük}

III. gödəklik, qısalıq
{güdüklük, kısalık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kiçiklik

küçüklük


Last searches: