kirə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kirə
is. [fars.]
1. Bir şeyin müəyyən haqq müqabilində müvəqqəti olaraq sahibi tərəfindən başqasına istifadəyə verilməsi; kirayə. • Kirə etmək – müəyyən haqq müqabilində bir şeydən müvəqqəti istifadə etmək. Çox fikirdən sonra mənzil kirə edib... məşğul oldu ticarətə. Ə.Haqverdiyev. Kirəyə vermək – bir haqq müqabilində müvəqqəti istifadə üçün başqasına vermək. Çoxdan anası deyirdi ki, otaqların ikisini kirəyə verəcək. S.Rəhman.
2. İstifadəyə verilən şeyin haqqı, kirayə haqqı. Ev kirəsi. – [Qafar:] Bu gün xozeyindən əmr çıxmış ki, pinəçi Qafar tutduğu yerə kirə versin. S.S.Axundov. Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kirə
kira