kilkə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kilkə
I. is.
1. Bir-birinə qarışmış, dolanmış, pırtlaşıq saç, tük, yun, sap, ip və s. Saçı kilkə kimi pırtlaşmaq. – İkinci qız Nərgizə: – Dayan, bu saat sənin kilkələrini yolaram. Ə.Məmmədxanlı. Qarı Mahmudun kilkə kimi pırtlaşmış zil qara saçlarına baxıb dedi.. Ə.Əbülhəsən. // Sif. mənasında. Kilkə saç. – Qarının xınadan qızartdıq kilkələrinə elə bil heç vaxt daraq dəyməmişdi. Ə.Məmmədxanlı.
2. Yun və ya saç darandıqda ondan çıxan qırıntı. Yun atıldıqca didilir, kilkəsi çıxır.
3. Mürəkkəbqabı, qəlyan və s.-nin içərisinə qoyulan tük.
II. is. [rus.] zool. Siyənəkkimilər ailəsinə mənsub xırda balıq növü.