turklehceleri.org

kifayət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kifayət

zərf [ər.]
1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə. • Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn. Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov. Kifayət etmək – 1) bax. kifayətlənmək. Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çatmaq, yetmək, bəs olmaq. Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif. [Bədircahan:] ..Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov. Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək. [Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq – bax. kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir.. C.Cabbarlı. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. // Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

kifayət

bəsdir, yetər
{kâfi, yeter}


Last searches: