keçiməməsi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
keçiməməsi
is.
1. bot. Zınqırovçiçəklilər fəsiləsindən ot bitkisi.
2. Azərbaycan oyun havalarından birinin adı. Təkçalma, uzundərə, keçiməməsi havası ilə gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. H.Sarabski. [Əhli məclisdən birisi:] Padşah sağ olsun, ərzim var! Təvəqqe edirəm ki, burada bir keçiməməsi çalınsın və Xudadad bəy də durub oynasın! Ü.Hacıbəyov.
3. İri uzunsov gilələri olan üzüm növü.