kargüzar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kargüzar
is. [fars.] İdarə və s.-də dəftərxana işlərini aparan xidmətçi; işlər müdiri. Kargüzarı çağırıb, onlara vəzifə verəcəyini düşünərək tələbələr çox məmnun oldular. A.Şaiq. Kargüzar olmusan, müxbir olmusan; Ey qoca müəllim, ey möhkəm insan! M.Müşfiq. Kargüzar, qardaşına toy etmək üçün icazə alıb kəndə getmişdi. S.Rəhman.