iş
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
iş
[Köken: Anlam genişlemesi] İş, Yumuş
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
iş
и. 1) эш, хезмәт; iş sırasında эш вакытында; 2) эш, шөгыль; devlet işleri дәүләт эшләре □ iş başı эшли башлау, ачылу; iş başı yapma эшли башлау; хезмәт көне башлану; iş bırakımı эш ташлау (эшчеләрнең барысы бергә эш ташлавы); iş birliği 1) хезмәттәшлек; 2) (берәр эшнең) уртак башкарылуы; iş birliği yapmak бергә башкару, хезмәттәшлек итү; iş bölümü хезмәт бүленеше; iş işlemek чигү чигү; iş vermek эш бирү ◊ işe bak! кара инде син, ә! (аптырап әйтелә); işi aksi gitmek эше кирегә китү; işten (bile) değil бик җиңел эш
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
iş
Türkiye Türkçesi: iş
Azerbaycan Türkçesi: iş
Başkurt Türkçesi: iş ⱨiⱬmät yomoş
Kazak Türkçesi: is jumıs
Kırgız Türkçesi: iş cumuş
Özbek Türkçesi: iş yumuş
Tatar Türkçesi: iş ⱨizmät yomiş
Türkmen Türkçesi: ḯş
Uygur Türkçesi: iş ⱨizmät
Rusça: rabóta
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
iş
is.
1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. – İş insanın cövhəridir. (Ata. sözü). İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi! M.Ə.Sabir. İş nə qədər qızğın və həvəslə getsə də, nəhayət, ev adamı çəkir. M.İbrahimov. // Məşğuliyyət, məşğələ, bir şeylə baş qarışma. Bu saat işim var, gələ bilmərəm. Faydalı bir işlə məşğul olmaq. // İdarədə, müəssisədə və s.-də işləmək üçün təyin edilmiş vaxt, müddət. İşdən sonra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.
2. Bir şey yaratmaq, hazırlamaq, düzəltmək üçün göstərilən hər cür fəaliyyət, istehsal fəaliyyəti (bu mənada çox vaxt cəm halında işlənir). Suvarma işləri. Yol işləri. Tikinti işləri. – Bakıda nəqliyyat işləri yarıtmaz idi. A.Şaiq. [Göyçək] yayın isti günlərində Tapdığı kürəyinə şələləyib, çöl və ev işlərini görür, onu yerə qoymurdu. Ə.Vəliyev.
3. Bir idarə və ya müəssisədə çalışma, xidmət etmə, qulluq etmə; xidmət, vəzifə, qulluq. İşə girmək. İşdən çıxarmaq. Müəllimlik işi. Həkimlik işi. – Hərgah məni bir yerə işə qoymaq istəsəniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi. Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev. Tahir gəlib .. çatdıqda, ikinci [növbə] çoxdan işə girmişdi. S.Rəhman.
4. Bir şeyin hərəkət halında olması, enerjinin bir haldan başqa hala keçməsi prosesi; fəaliyyət. Maşının fasiləsiz işi.
5. Vəzifə, borc. Vətəni müdafiə etmək bütün vətəndaşların işidir. Sülhü müdafiə etmək bütün dünya xalqlarının işidir.
6. Hər hansı bir hadisə, faktla əlaqədar olan inzibati, məhkəmə təhqiqatı; mühakimə prosesi. Məhkəmədə işə baxmaq. İşə yenidən baxılacaq. Cinayət işi. – [Səfər bəy:] ..İki gündən sonra Cabbarın işinə baxacaqlar, əgər məhkəmədə biz işi uduzsaq, sən də zərərdidə olarsan. B.Talıblı. // Cəza və ya təsir tədbiri olaraq icbari əmək, məhkəmə cəzası. • İş kəsmək (vermək), iş kəsilmək (verilmək) – məhkəmə tərəfindən cəza vermək (verilmək). İslam bu barədə çox düşündü. Əgər Telli ilə müəllimi bir yerdə öldürsə, güllələnməsə belə, ona on il iş verəcəklərdi. S.Hüseyn. Kim deyərdi ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq? Mir Cəlal.
7. Bir şəxsə, hadisəyə, məsələyə və s.yə aid olan sənədlər toplusu. İş qovluğu. Katib işləri açıb baxdı. – [Gəldiyev] qantər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.
8. Adətən cəm şəklində: xidmət, idarə, müəssisə ilə bağlı olan məsələlər, məşğələlər və s. Cari işləri müzakirə etmək. İşləri təhvil vermək. Xidməti işlər. // Bir sıra mürəkkəb idarə adlarının tərkibində işlənir. Xarici İşlər Nazirliyi.
9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu kitab şairin son işi oldu. Muzeyin otaqlarının birində rəssamın işləri nümayiş edilirdi.
10. Keyfiyyət, yaxud hazırlanma üsulu, qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla iş. Sifarişlə görülən iş. Atüstü iş.
11. Əməl, hərəkət. Bu onun işidir. Bu, yaxşı iş deyil. – [Qulu:] Xülasə, nə deyim, bu zamanın cahıllarının işini anlamaq çətindir. N.Nərimanov. [Molla Bacı:] Gündə ərə gedirəm, yaxşı edirəm, bidət iş görmürəm ki... Çəmənzəminli. Çoban baba təəssüflə dedi: – Ay Rüstəm, mən səni ağıllı bir adam bilirdim, bu nə işdir tutmusan? M.İbrahimov.
12. Əməli fəaliyyət, feil, hərəkət (fikir, söz müqabili). İndi söz yox, iş lazımdır. Sözdən işə keçmək. Söhbət çoxdur, iş isə az.
13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu, uzun əsrlərin işidir.
14. Münasibət, əlaqə, aidiyyət, dəxli olma. Onun bizimlə nə işi var?
15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmişin işidir. Mən dünən maraqlı bir işin şahidi oldum. Başıma dünən bir iş gəlib. – Ürəyimə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. “Koroğlu”.
16. Vəziyyət, hal. İşi fəna olmaq. Cəbhədə iş yaxşıdır. – [Məşədi İbad:] İndi gördünüzmü iş nə haldadır? Ü.Hacıbəyov.
17. Bacarıq, gücü çatma, bacarma, əlindən gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).
18. Şey, hadisə. Bu böyüklükdə daşı qaldırmaq asan iş deyil. Təbii işdir ki... Tərslik pis işdir. Aydın işdir. Belə də iş olar?
19. fiz. Hərəkət edən cismin müqaviməti rəf etməsi. İş vahidi.
20. İşdi(r) şəklində – bəlkə, birdən, əgər, təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bildir. İşdi, birdən gəlməsə... – Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə verdi. “M.N.lətif.”. İşdir, ayrı düşsək bir-birimizdən; Yığılın hamınız səhər lap tezdən. H.K.Sanılı. ‣ İş açmaq – 1) başlamaq, bir işə təşəbbüs etmək, bir iş görmək niyyətində olmaq. İstəyirik bir iş açaq, filməsəl; Söyləşirik biriki il laəqəl. M.Ə.Sabir; 2) zəhmətə salmaq, xoşagəlməz işə salmaq. Dayanan yerdə iş açdın! – ..İkram atasının baxışından anlamışdı ki, valideyn üçün əməlli-başlı iş açmış, onların ağrıyan başına dəsmal bağlamışdı. Ə.Əbülhəsən. İş adamı – vaxtını boş keçirməyən, daim fəaliyyətdə olan, işbacaran, işləməyi sevən adam haqqında. İş (işi, işimiz, işləri) Allaha qalıb – çətin, ağır, çıxılmaz vəziyyət haqqında. Axır ki işlərimiz lap Allaha qalıb. C.Cabbarlı. İş aparmaq – iş görmək, işləmək, çalışmaq, fəaliyyət göstərmək. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir. ..Bu gunə iş aparmaq olmaz. Ü.Hacıbəyov. İş aşırmaq – düzəltmək, yoluna qoymaq, başa çatdırmaq, öhdəsindən gəlmək. Pəs elədə, yəqin, qlava bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq. C.Məmmədquluzadə. İş(i) aşmaq – iş(i) yerinə yetmək, düzəlmək, həyata keçmək, baş tutmaq, başa gəlmək. [Məhərrəm:] Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz. C.Cabbarlı. İş başına keçmək – rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək. İş başında – vəzifə başında, vəzifəni yerinə yetirərkən. Bir səs deyir: – Ey yaramaz! İş başında yatmaq olmaz! R.Rza. İş başında olmaq – rəhbərlik etmək, idarə etmək, başçı olmaq, rəhbər vəzifə tutmaq. [Növrəstə:] İndi qadınlar da iş başındadır. Ə.Haqverdiyev. İş burasında(dır) ki... – bir şeyin səbəbini, mahiyyətini bildirir. [Molla Xəlil:] İş burasında idi ki, qalibiyyətinə xatircəm deyildi. S.Hüseyn. Ancaq iş burasında idi ki, Cuma o arvaddan qorxurdu. Ə.Əbülhəsən. İş çıxmaq – 1) gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək. Durduğum yerdə bir iş çıxdı; 2) səmərəsi olmaq, faydası olmaq, kar çıxmaq. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı, nə əmuddan murad hasil olmadı. “Koroğlu”. İş düşmək – 1) bir hadisə üz vermək, bir iş çıxmaq. [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim, amma görürsən iş düşür. Ə.Haqverdiyev; 2) fürsət düşmək. [Mərcan bəy:] Nəzir eyləmişəm, iş düşsə, arvadı boşayam, çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. Ü.Hacıbəyov. İş düzəlmək – istənilən, arzu edilən bir şeyin yerinə yetməsi, həyata keçməsi, düzəlməsi, baş tutması haqqında. [Murad:] Yusif! Muştuluğumu ver, iş düzəlibdir. N.Nərimanov. [Əsgər:] Aha, xalamın da işi düzəldi! Əcəb! Ü.Hacıbəyov. İş düzəltmək – adamlara xeyirxahlıq göstərmək, bir işin düzəlməsinə, baş tutmasına kömək etmək, vasitə olmaq. [Məşədi İbad:] Çox sağ olun, çox razıyam mən; Zəhmət çəkib iş düzəltdiniz. Ü.Hacıbəyov. İş görmək – 1) işləmək, müəyyən bir işlə məşğul olmaq, bir şey üzərində çalışmaq, zəhmətlə məşğul olmaq. [Qoca:] Yox, qızım, bu gün heç bir iş görməmişəm. Ə.Məmmədxanlı; 2) hərəkət etmək. [Məhəmmədağa:] Biz gərək həmə vaxt [qanun] ilə .. iş görək. N.Nərimanov. İş günü – idarədə, müəssisədə və s.-də işləmək üçün müəyyən edilmiş vaxt, müddət. Yeddisaatlıq iş günü. İş içində iş var – şübhəli, müəmmalı iş, hadisə və s. haqqında. Deyəsən, iş içində iş var. – [Salamov:] Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib, Fitilbörkə getsin də, bəs görünür ki, iş içində iş var. C.Cabbarlı. İş işdən keçmək – artıq olub bitmiş, buna görə də düzəlməsinə, islahına vaxt, imkan olmayan iş haqqında. [Pərzad:] Sən qurtaranadək iş işdən keçər. M.F.Axundzadə. Professor Süleyman bəy qəti cavab verdi ki, daha iş işdən keçib. C.Məmmədquluzadə. [Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş işdən keçibdir. N.Nərimanov. İş işləmək – iş görmək (ziyan, zərər vurmaq mənasında). Ay çıxdı, düzə düşdü; Qıvrım tel üzə düşdü; Fələk bir iş işlədi; Ayrılıq bizə düşdü. (Bayatı). İş keçməmək, işi keçməmək – başqasının köməyi olmadan düzəlməmək, başa gəlməmək, görülə (görə) bilməmək. O olmasa iş keçməz. – ..Axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz. C.Məmmədquluzadə. [Nurcahan:] Sizə məlumdu, bizim şəhərdə nə qədər qız gedir, mənsiz iş keçmir. N.Vəzirov. İş qüvvəsi iqt. – bir şeyin yaradılmasına, istehsal edilməsinə yönəldilən əmək, qüvvə. İş sahibi – özü üçün başqasına iş gördürən adam. Bənna, fəhlənin xörəyini də iş sahibi verərdi. Mir Cəlal. İş tutmaq – iş görmək, bir işlə məşğul olmaq, işləmək. [Şərəfnisə xanım:] İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum! M.F.Axundzadə. [Cəlil] anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu .. aparıb, məscid məktəbinə qoydu. İ.Musabəyov. [Ballı:] Hər halda yaxşı iş tutmamısan, bala! İ.Əfəndiyev. İş üstə qoymaq – öyrətmək, təhrik etmək. İş üstündə – iş görən zaman, iş vaxtı, işlərkən, işdə. Öküz qıyar canını; Bilməz qamçı sayını; Qayış çəkən qaşqa kəl; İş üstündə tanını. (Bayatı). İş var – gizli, müəmmalı, şübhəli, üstüörtülü məsələ, şey haqqında. [Səlim:] İsmət, inan, qaldım şübhə içində; Cavab ver, sonra get, bir iş var səndə. H.Cavid. Əkbər dərhal anlardı ki, iş var. Mir Cəlal. İş vurmaq – pislik etmək, ayağından çəkmək. İşçi qüvvəsi – fəhlə. İşdən (işindən) qoymaq – işinə mane olmaq, işləməyə qoymamaq, işdən ayırmaq. Gəldim, səni işdən qoydum. – Həm ürəyim yanır, həm də sən məni işimdən qoyursan. “M.N.lətif.”. ...işdən çıxıb – fırıldaqçı, kələkbaz, çox macəralar keçirmiş adam haqqında. O, min işdən çıxıb. İşdən düşmək – köhnəlmək, dağılmaq, xarab olmaq, daha heç bir şeyə yaramamaq. ..Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. M.S.Ordubadi. [Hücrə] evlərdə işlənib, işdən düşmüş köhnə həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olardı. H.Sarabski. Əsgər işdən düşmüş çəkmələrini göstərdi. Mir Cəlal. İşə (bir işə) yapışmaq – özünə bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə məşğul olmaq. İşə can verməmək – tənbəllik etmək, ürəkdən işləməmək, işə can yandırmamaq. İşə can yandırmaq – ürəkdən işləmək, qabiliyyətini, bacarığını iş üçün əsirgəməmək. Müdirin otağındakı səliqəsizlik, narazı rəftar və danışığı işə can yandırmadığını göstərirdi. M.İbrahimov. İşə düşmək – 1) hərəkət etmək, işləməyə başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə düşdü. Stansiya işə düşdü; 2) işə salınmaq. Çox deyib az eşitdikdən sonra, çubuqla falaqqa işə düşərdi. H.Sarabski. Arşın, girvənkə, tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun; 3) xataya düşmək, çətinliyə düşmək, dolaşmaq, pis nəticələnə biləcək hadisəyə rast gəlmək. [Telli:] Bəy, əcəb işə düşdüm! Ü.Hacıbəyov. [Aslan bəy:] Siz öləsiz, işə düşmüşəm, bu qotur nalbənd güclən deyir: – Gərək səni soyam. N.Vəzirov. Əcəbcə işə düşdük, – deyib güldüm özümə.. S.Rüstəm. İşə girişmək (girmək, qapılmaq) – həvəslə işə başlamaq, ciddi işləməyə başlamaq. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, .. şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov. Bu sözlərdən sonra dostlar işə girişdilər. M.Rzaquluzadə. İşə qarışmaq – müdaxilə etmək, işin gedişinə təsir etmək. Qoca keşikçinin işə qarışmağına ehtiyac qalmadı. M.Hüseyn. Bəndalının ən böyük təsəllisi Tahirzadənin bu işə qarışması – şahid durması idi. Mir Cəlal. İşə pər qatmaq – bir işin qaydası ilə getməsinə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq. İşə salmaq – 1) hərəkətə gətirmək, işlətməyə başlamaq, işlətmək. Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra, aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”. Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov; 2) dolaşdırmaq, xataya düşməsinə səbəb olmaq. [Mahmud bəy:] ..Kərbəlayı Qulam xəbər verib, o xəbərə görə sizi işə salıblar.. N.Vəzirov. [Güllü:] Bax, amandı, Mirzə, məni işə salarsan. Ə.Haqverdiyev. İşə soyuq baxmaq – işə laqeyd münasibət bəsləmək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq etmək. İşə tul vermək – işi uzatmaq, ləngitmək. [Niyaz bəy:] Yusif, necə ki mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. N.Nərimanov. İşə yapışmaq – bax. işə girişmək. Çimnaz arvad evi yır-yığış etməklə, işə yapışmaqla birtəhər başını qarışdırmaq .. istəyirdi. Ə.Əbülhəsən. İşə yaramaq (keçmək) – bir şeyə gərək olmaq, lazım olmaq, istifadə edilə bilmək; faydası olmaq, xeyri olmaq; kara gəlmək. Alınan şeylər işə yaradı. – [Usta Məhəmməd:] ..Elə onun gülləsindən qolum şikəst oldu, indi də işə yaramır. Çəmənzəminli. ..Son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş(du).. C.Cabbarlı. [Fəridə:] Bizim seçdiyimiz gözəllər işə yaramır. Ə.Məmmədxanlı. İşi axsamaq – geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək. İşimiz hələ də axsayır. İşi avand olmaq – işi uğurlu olmaq, işi baş tutmaq, arzusuna, məqsədinə çatmaq, işi müvəffəqiyyətli olmaq. [Yusif:] Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. N.Nərimanov. İşi başından aşmaq – həddindən artıq işi olmaq, bərk məşğul olmaq. İşi bitmək – müvəffəqiyyətsizliyə uğramaq, iflas etmək, uğursuzluqla qurtarmaq, düzəlməsinə heç bir ümid yeri qalmamaq. İşi dəymək – işə mane olmaq, əngəl törətmək. İşi düşmək – hər hansı bir münasibətlə müraciət etməli olmaq, birindən bir şey xahiş etmək, birinin köməyinə ehtiyacı olmaq. Adamın adama işi düşər. – Gün olmaz ki, onun mənə işi düşməsin. C.Məmmədquluzadə. Bir işim, ay qonşu, düşübdür sənə; Sən tanrı, qandır səbəbin bir mənə. A.Səhhət. İşi düyünə düşmək – çətinlik qarşısında qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bilməmək. Beləliklə də, Nənəqızın işi düyünə düşmüşdü. S.Rəhimov. İşi düz gətirmək – işi istədiyi kimi getmək, müvəffəqiyyət qazanmaq. İşi düz gətirməmək – işində müvəffəqiyyətsizliyə, çətinliklərə rast gəlmək, işi istədiyi kimi getməmək. Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi.. M.İbrahimov. İşi düz olmaq – heç bir əngəl, maneçilik olmamaq, hər bir şey istənilən qaydada olmaq. [Əsgər:] Allaha şükür, mal-dövlət hamısı var, .. bununla adamın işi düz olmur, ürəyi toxtamır. Ü.Hacıbəyov. İşi gətirmək – xeyir görmək, qazanmaq, fayda görmək, bəxti gətirmək, işi uğurlu olmaq. Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi səslənirdi. M.İbrahimov. İşi qatışmaq (pırtlaşmaq) – bax. işi düyünə düşmək. İşi müşkülə düşmək – bax. işi düyünə düşmək. Vay, vay, nə yaman müşkülə düşdü işim, Allah; Fəryadıma yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir. İşi olmamaq – 1) dəyməmək, toxunmamaq, qarışmamaq, heç bir münasibət göstərməmək. Uşaqda işin olmasın. Onda işin olmasın; 2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoşlamamaq, sevməmək. [Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkilməkil ilə mənim işim olmaz. Ü.Hacıbəyov. Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev. İşi sahmanlamaq – yerbəyer etmək, qaydaya salmaq, düzəltmək. Hey, yazıq arvad işi sahmanlayır; Gah Fatını, gah Sadığı yanlayır. M.Ə.Sabir. İşi şuluq (fırıq) olmaq – 1) işinin üstü açıldığı üçün təhlükə, ağır məsuliyyət, cəza gözləmək. ..İndi mənim işim şuluqdur, ya dar ağacından asarlar, ya güllələyərlər. M.Hüseyn; 2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq, həyatı təhlükə qarşısında olmaq. İşi tutmaq – bax. işi gətirmək. Sizə rast gəldiyim üçün işim tutmadı. “M.N.lətif.” Üç-dörd ilin ərzində Rəhimin işi tutub, yaxşı qazanmışdı. S.S.Axundov. İşi yaş olmaq – vəziyyəti pis olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə uğramaq; qorxulu vəziyyət içərisində olmaq. İşləri yaşdı, qoymayın! Lap danabaşdı, qoymayın! Qırıldı, qaçdı, qoymayın! M.Ə.Sabir. Molla! İşim yaşdı, yazım, yazmayım? Huşü başım çaşdı, yazım, yazmayım? Ə.Nəzmi. İşi yeritmək – məqsədə çatana kimi əl çəkməmək, fəaliyyətini davam etdirmək. [Hacı Əhməd:] Bir iynəmə kimi sataram, işi yeridərəm. C.Cabbarlı. İşim (işin) yoxdur – qarışmıram (qarışma), mənə (sənə) dəxli yoxdur. Siz [institutda] on beşiyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız, onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız. C.Məmmədquluzadə. İşin içindən çıxmaq – hər hansı bir yolla çətin, mürəkkəb vəziyyətdən çıxmaq. Ər-arvad çənə-boğazda, mollanı fikir götürür ki, işin içindən necə çıxsın. “M.N.lətif.” [Rəhim xan:] [Sitarə] məşrutəçinin qızıdır, deyə, işin içindən çıxarsan. C.Cabbarlı. Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn. İşin (işlərin) başı – əsas səbəbkar. [Salman bəy:] Arvadın dilini Allah da bilməz, yenə işlərin başı sənsən. N.Vəzirov. [Qız:] Dədəm də həmişə nənəmi döyür ki, işlər(in) başı sənsən. Çəmənzəminli. İşin qabağına kötük itələmək – bir işə mane olmağa, əngəl törətməyə, qarşısını almağa çalışmaq. Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istəmirlər. M.Hüseyn. İşin olanı – həqiqət, gerçək, fakt. İşin olanı budur ki, söylədim. İşin(iz) olmasın – toxunma(yın), qarışma(yın), baş qoşma(yın). [Mirzə Salman:] Mənim kağızlarımla işin olmasın. S.Rəhman. İşin ucunu (çəmini) tapmaq – işin yolunu tapmaq, işə öyrəşmək, çətinlikləri aradan qaldırmağı öyrənmək. Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın.. S.Rəhimov. [Usta Murtuz:] [Şagird] tikintinin fəndini öyrənsə, işin çəmini tapsa, ustaların əlini taxtaya bağlayacaq. Mir Cəlal. İşin üstündə olmaq – idarə etmək, rəhbərlik etmək, dolandırmaq (toyda, yasda, məclisdə və s.də). İşini bilən – öz xeyrini, mənfəətini güdən, tədbirli adam haqqında. Molla Xəlil işini bilən bir adam idi. S.Hüseyn. İşini bitirmək məc. – öldürmək. [Həsənağa:] Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. M.S.Ordubadi. Nəriman .. bu adamın .. əllərini tutdu, dizi ilə boğazını basdı, işini bitirdi. Mir Cəlal. İşini gör! İşinə var! İşində ol! – əhəmiyyət vermə, fikir vermə, işin yoxdur. Yeri ey bivəfa, işinə var sən; Ömrümüzə xələl qatdığın yetər. Q.Zakir. İşini görmək – öz təsirini göstərmək. [Gültəkin:] Aydıncığım, təlaş gecdir, artıq hər şey keçmiş, .. zəhər işini görmüşdür. C.Cabbarlı. İşini qatmaq – bax. işini bitirmək. İşini möhkəm tutmaq – görəcəyi işin nəticəsini göz qabağına alaraq tədbirli hərəkət etmək, hərtərəfli düşünüb hərəkət etmək. İş(lər)i yoluna qoymaq – işi qaydaya salmaq, yerbəyer etmək, nizama salmaq. [Nadir bəy:] Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid. Özünə iş açmaq, özünü işə salmaq – düşünməməzlik nəticəsində özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı işə sövq etmək. Dinməli və mübahisəyə girişməli vaxt deyildi, Kosa .. özünə iş açmışdı. S.Rəhimov. [Camal:] Öz-özümü işə salmadım? S.Rəhman.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
iş
I. peşə, sənət
{pişe, sanat}
II. fəaliyyət, çalışma, zəhmət, əmək
{faaliyet, çalışma, zahmet, emek}
III. əməl, hərəkət
{amel, hareket}
IV. münasibət, əlaqə, aidiyyət
{ilişki, alaka, bağ}
V. hadisə, əhvalat, qəziyyə
{hadise, gidişat, olay}
VI. vəzifə, borç
{vazife, borç}
VII. xidmət, vəzifə, qulluq
{hizmet, görev, kulluk}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
iş
eylem, fiil, görev, husus, iş, mesai, yapıt, yürürlük
Kyrgyz—Turkish Dictionary
iş
iş; çalışma; işi kılıp: hulâsa,sözün kısası; ne olursa- olsun; işi kılıp işteyt; üstünkörü çalışıyor; eçteme menen işi cok: hiçbir işle alakası yok, hiçbir şeye karışmıyor; işiñ bolbosun; : senin işin değil, karışma! ; kılmış işi bk. kılmış; iş ordu. sınai müessese, iş yeri; iş cürgüzüü: iş yürütme, tesviyei umur; iş cürgüzüçü: mübeyyiz, kâtip; iş taştoo: iş bırakma, grev.
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
iş
[i:ş], at. 1. Maddy we ruhy kanagatlanma almak üçin çekilýän akyl hem-de beden zähmeti. Ýurduň her bir raýaty öz ýerine ýetirýän işlerinden başga-da, özüni ata Watanda bolup geçýän ähli döwletli işleriň jümmüşinde saýýar (“Mugallymlar gazeti”). 2. Bir edarada, guramada we ş.m. ýerine ýetirilýän wezipe, edilýän gulluk, kär. 3. Ýüze çykan zat, waka, hadysa. Bolan işe ökünme (Atalar sözi). Gijeler gördügim düýşdür, Aýralyk bir ýaman işdir (“Görogly”). 4. Tabşyryk, ýumuş, möhüm. Işiň düşende bir merde, Ýaman günde gala bolar (Magtymguly). 5. Çekilen zähmetiň netijesi, önüm, eser. Bäş ýylda bir kitap eden işimiz (Magtymguly). 6. Aýal-gyzlaryň elde edýän inçe keşdesi, tikin-çatyn, örýän we ş.m. zatlary. 7. hukuk. Jenaýatçynyň, günäkäriň etmişiniň ýazgysy. Onuňişini tejribeli sülçi alyp barýar. 8. göç.m. Etmiş, ýazyk. Iki dostuň arasynda, ýaman-ýowuz iş olmasyn (Magtymguly).
‣ Iş bolmak (bermek) derdeser, alada, ünji, hysyrdy bolmak. Ony köşetmek iş boldy (B. Kerbabaýew). Işden çykyşmak köp wagt işlemezlik sebäpli, soň işe gowy girişip bilmezlik, iş ukybyň kemelmek. Işden eliň sowamak belli bir sebäbe görä, edýän işiňe sowuk-sala garamak, ýaramaz işläp başlamak. Iş dolandyryjy işiň ýerine ýetirilmegine ýolbaşçylyk edýän, işiň ýolbaşçysy, guramaçysy. Işe bişmek (bişişmek) her bir işe gaýym bolmak, işe werdiş bolmak, her işiň abyny-tabyny bilmek. Iş edinmek azap etmek, köp zähmet çekmek. Ak köýnege degen gara tegmili aýyrmak üçin iş edinmeli boldy. Işe elini urmazlyk hiç hili iş etmezlik, iş bilen meşgul bolmazlyk. Öýde belli işe elini urman, Aýlandy iki ýan bir ýerde durman (A. Kekilow). Işe girizilmek işledilip ugralmak. Men lukmançylygyň iň täze enjamlary bilen enjamlaşdyrylan nobatdaky sagaldyş toplumlarynyň ýa-da hassahanalaryň işe girizilen wagty özümi iň bagtly we buýsançly adam saýýardym (Gurbanguly Berdimuhamedow, Garaşsyzlyga guwanmak. Watany, halky söýmek bagtdyr).Iş görmek1) işlemäge endik etmek, iş başarmak. 2) bir zady ýaşyrynlyk bilen amala aşyrmak, bir zada gizlin taýýarlanmak. Iş güni1) edarada, kärhanada işlenýän wagtyň dowamlylygy. Iş güni sagat dokuzda başlanýar. 2) dynç alynýan gün däl-de, edarada, kärhanada işlenýän gün, zähmet çekilýän gün. Ertir iş guni, men oba gidip bilmerin. Iş haky bir işi, wezipäni ýerine ýetirmek üçin tölenýän pul ýa-da zat. Işi başyndan agdyk işi çendenaşa köp, artyk, uçursyz kän. Işini görmek birini ýa bir zady sandan çykarmak, harap etmek, heläk etmek. Işini gutaran! dereksiz iş bilen meşgullanýan, bolgusyz hereket edýän, bolgusyzlyk edýän adama aýdylýar. – Haý, işini gutaran. Şu boýuňa aşyk oýnamaly bolduňmy!? Işiň bolmasyn! azar berme, işine gatyşma. Işiň düşmek kimdir birine "ýumşumy bitireweri" diýip ýüz tutmak. Işiň gaýtmak bagtyň ýatmak, heläkçilikli ýagdaýa düşmek. Işiň ilerik! tutan işiň oň bolsun (alkyş sözi). Dokma ýüwürdip oturan gelin "Işiň ilerik!" diýen sese başyny galdyrdy-da, "Ýaşyň uzak!" diýip jogap berdi.Işiňi kör etmek bir zat sebäpli işiňi taşlamak, edýän işiňi gijikdirmek, işi owarram etmek. Işiň pyrrykbolmak iş we durmuş ýagdaýyň howp astynda bolmak. Iş-işden geçmek nämedir bir zadyň boljagy bolmak, düzederden geçmek. Iş kesmek birine günäsine görä jeza bermek, ýyl kesmek. Iş maly sürüme, ýüke we ş.m. ýaraýan düýe, ýaby we beýleki mallar. Iş otagy işlenýän ýörite otag; işlemek üçin ýörite abzallaşdyrylan otag. Iş salyşmak (salyşmazlyk) bir edara ýa-da adam bilen bir iş ýa-da mesele boýunça aragatnaşykda bolmak. Bäşim onuň bilen iş salşyp görmändi (A. Gurbanow). Iş sapary bir ýere gidilip ýerine ýetirilýän gulluk tabşyrygy. Ol on günlük iş saparyna gitdi. Iş taşlamak zähmet şertlerinden, iş hakynyň tölenişinden närazy bolup, işe çykman ýa-da iş etmän garşylyk görkezmek. Iş tertibi bir işiň meýilnamasy, işiň maksadynyň, mazmunynyň beýany. Iş topary bir guramanyň garamagyndaky ýörite hukuga eýe bolan adamlar topary. Dil boýunça iş toparynyň agzalary. Iş ukybyňy ýitirmek belli bir sebäbe görä, iş başarjaňlygyňdan, işläp bilmek mümkinçiliginden mahrum bolmak, galmak. Iş ýüzünde görmek bir zady tejribede görmek, öz gözüň bilen görüp ynanmak.
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
iş
1. İş, çalışma. Aşığış ~: acele iş, kara ~: beden işi, ~ge usta adam: işe usta adam, ~imden kalırğa izlemeyme: işimden kalmak istemiyorum, ~ cokluk: işsizlik, ~ kerekle: iş takımları, ~ kiyim: iş elbisesi, ~ni kızıv zamanı: işin kızıştığı zaman, ~ge alıv: işe alma, ~ge salıv: işe koyma, ~den çığarıv: işten çıkarma, ~ni cürütgen: işi yöneten, ilmu ~: ilmî iş, bilim çalışması, ~ amanña ketgendi: iş sarpa sarmış, iş kötüye gitmiş, ~i başı bolmağan: işi gücü olmayan, boştagezer, ~ni başçısı: işin yöneticisi, ~ni boklamak: işi bulandırmak, ~den canlamak: işten kırmak, işten kaçmak, işi-küçü bolmağan: işi gücü olmayan, ~ kolaylı tüldü: iş tatminkâr değil, ~ni kolğa aldım: işi ele aldım, ~ koyğan: iş bırakma, ~iñden kuvan: işinden sevin, kıyavlu ~: sakat iş, eksik iş, ~ tavusmak: iş bitirmek, ~ terenñe ketgendi (d): iş arap saçına dönmüş, iş çatallaşmış, ~ni ullusu aldadı: işin büyüğü önümüzdedir, bıllay ~ni kim körgendi: böylesi işi kim görmüş, ~de artha, aşda alğa (d): işte geriye, aşta ileriye, işte arkada, aşda önde, ~ni ahırın oylamay allın başlama (as.): işin sonunu düşünmeden başını başlatma, işi barnı aşı bar (as.): işi varın aşı da vardır, ~ni başın çığanak bıla eşseñ, ahırı mamuk bolur (as.): işin başını dikenle örersen, sonu pamuk gibi yumuşak olur, ~i coknu sıyı cok (d): işi olmayanın saygınlığı olmaz, ~den korkğannı nasıbı bolmaz (as): işten korkanın yiyeceği olmaz. 2. Falan, filan. Avruğan ~mi etedi oğese: hasta filan mı yoksa, köpden beri kelge ~ etmeydi: çoktan beri geldiği filan yok, aña tübegen ~ etseñ, saklağanıbıznı ayt: onunla karşılaştığın filan olursa, beklediğimizi söyle.
Index of Diwan Lughat al-Turk (TDK)
iş
is, kandil dumanı·I, 37
iş·I, 132, 253, 265; II, 166, 315; III, 68 bkz> ış
Last searches:
- müldü,
- evet,
- diplomatic,
- gönükdirmek,
- ötünç,
- tikiş,
- peçeneqlər,
- tambılabürsükün,
- cigitçilik,
- kawa,
- uğrak,
- unless,
- qayalıq,
- hayhay,
- ilipin,
- civilization,
- tablo,
- taloq,
- yulıtmak,
- magat,
- bette,
- iş