ixtiyarsız
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ixtiyarsız
1. zərf Özündən asılı olmayaraq, özü istəmədən; qeyri-iradi, qeyriixtiyari. İxtiyarsız ağlamaq. İxtiyarsız demək. İxtiyarsız gülmək. – Bostan əkdim xiyarsız; Günüm keçdi biyarsız; Yuxuda səni gördüm; Ayıldım ixtiyarsız. (Bayatı). Rüxsarə xanım ixtiyarsız üzünü açdı. T.Ş.Simurq. Tofiq ixtiyarsız olaraq dönüb dala baxdı. M.Rzaquluzadə.
2. sif. Hüquqsuz, ixtiyarı olmayan.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ixtiyarsız
hüquqsuz, səlahiyyətsiz
{kanunsuz, yetkisiz}