turklehceleri.org

itələmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

itələmək

f.
1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] ..Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca] ikiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Mir Cəlal.
2. Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. Arabanı dala itələmək. Stolları yana itələmək. – [Telli] bir hadisə üz verdiyi təqdirdə, bu saman torbasını irəliyə itələməklə müəllimin otağına yol açar, onu öz harayına çağıra bilərdi. S.Hüseyn. // Bir şeyi əli ilə və ya başqa bir şeylə özündən geriyə çəkmək, kənar etmək. Mollanın oğlu qızılı əli ilə itələyir. “Mol. Nəsr.”. Axund qəlyanı kənara itələyib dizi üstə qalxdı. Mir Cəlal.
3. Soxmaq, yeritmək, daxil etmək. Neştəri yaraya itələmək.
4. məc. Təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. Cinayətə itələmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

itələmək

I. toxunmaq
{dokunmak}

II. tərpətmek
{kımıldatmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

itələmək

itelemek, itmek, ittirmek


Last searches: