turklehceleri.org

ittiham

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ittiham

is. [ər.] Birinə qarşı irəli sürülən günah, təqsir, suç. Bu sözlər bir ittiham kimi səsləndi. – Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? M.S.Ordubadi. Hacı bu ağır ittihamın təsirini yoxlayan kimi bir qədər susdu, ətrafına baxındı.. Mir Cəlal. • İttiham edilmək – təqsirləndirilmək, günahlandırılmaq, müttəhim edilmək, suçlandırılmaq. Qalınqaş oğlan depoda çalışan və tətildə ittiham edilib həbsə atılan Namazoğlu Qiyas idi. Mir Cəlal. İttiham etmək – təqsirləndirmək, günahlandırmaq, müttəhim etmək, suçlamaq. Prokuror vətəndaş Yaşarı ittiham etməkdən boyun qaçırır. C.Cabbarlı. Mürtəce dairələr və xarici mənbələr Azərbaycan demokratlarını .. ittiham etməyə başladılar. M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ittiham

günah, taqsır, suç
{günah, taksir, suç}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ittiham

itham


Last searches: