istəkli
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
istəkli
1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı. Gül ey doğma Vətənimin; İstəklisi, yetirməsi; Oyna, sevin, biz dinləyib; Fərəhlənək bu şən səsi. M.Dilbazi.
2. sif. Əziz, sevimli, mehriban, ən çox istənilən. İstəkli adam. İstəkli övlad. – Qaşların qarasından; Xal düşüb arasından; Adam da əl çəkərmi; İstəkli balasından? (Bayatı). Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. S.S.Axundov. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
istəkli
I. sevimli
{sevimli}
II. eziz, sevimli, mehriban
{değerli, sevimli, muhabbetli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
istəkli
gözde