istintaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
istintaq
is. [ər.] hüq. Cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual; söylətmə, soruşma, dindirmə, ifadə alma (müttəhimdən, şahiddən). Zeynal başını aşağı salmışdı. İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. İstintaq qurtardı, divan quruldu; Yeyən kim, tələyə düşən kim oldu. B.Vahabzadə. İstintaq xeyli uzandı. S.Şamilov. • İstintaq etmək (eləmək) – dindirmək, soruşmaq, ifadə almaq (müttəhimdən, şahiddən). Qalındodaq, çalsaqqal bir rəis [Əjdəri] düz yarım saat istintaq elədi. S.Rəhman. [Cahangir:] ..Mən Sadıqovun adamlarını istintaq edirdim. İ.Əfəndiyev. İstintaq olunmaq – dindirilmək, soruşulmaq, ifadə alınmaq. O, il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
istintaq
sorgu, sual, söylətmə, soruşma, dindirmə
{sorgu, sual, anket, sorma, soruşturma}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
istintaq
sorgulama, soruşturma