turklehceleri.org

islahat

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

islahat

is. [ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı. – ..Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük.. Ü.Hacıbəyov. Rzaqulu xanın İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. M.S.Ordubadi. Artıq burada biz bütün islahat və tərəqqi planlarında Azərbaycanın yad edildiyini görürdük. M.İbrahimov. ‣ İslahatdan düşmək dan. – yararsız hala düşmək; kardan düşmək: yıpranmaq. Ayaqqabı islahatdan düşüb. Pencək islahatdan düşüb. Əlcək islahatdan düşüb. İslahatdan salmaq dan. – tamam korlamaq, yararsız hala salmaq, əldən salmaq. Paltarını islahatdan salıb. reformator. [Rüstəm bəy:] Lüter və Kalvin kimi din islahatçıları olmuş. Yeni din uyduran olmamışdır. Çəmənzəminli. [Nərimanov] Nadirin simasında öz dövrünün islahatçı qəhrəmanını yaratmağa çalışmışdır. M.Arif.
2. İslahatçılıq (reformizm) tərəfdarı; reformist. İslahatçılar qanadı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

islahat

dəyişiklik
{değişiklik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

islahat

ıslahat, reform


Last searches: