turklehceleri.org

iqtisadi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

iqtisadi

sif. İqtisadiyyatla bağlı olan, təsərrüfata aid olan. Ölkələr arasında iqtisadi əlaqə. İqtisadi məsələ. İqtisadi böhran. İqtisadi qanunlar. İqtisadi həyat. – “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov. Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın, mədən-müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev. // İqtisadiyyatın öyrənilməsi ilə bağlı olan. İqtisadi jurnal. İqtisadi coğrafiya. İqtisadi ədəbiyyat. İqtisadi tədqiqat. ‣ Yeni iqtisadi siyasət iqt. – Sovet Rusiyasında keçid dövründə proletar diktaturasının həyata keçirdiyi təsərrüfat siyasəti (sosializm qurulması mənafeyinə xidmət edən bu siyasət dövründə hakim mövqelər dövlət əlində olmaqla, kapitalizmə və azad ticarətə yol verilirdi).

Pamukkale Azerbaijani to Turkish (ADT version)

iqtisadi

iktisadi


Last searches: