ipək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ipək
1. is. Tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq tellər və bu tellərdən toxunan qiymətli parçalar. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta – hər şeyim var. Ü.Hacıbəyov. Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar gələr, oynarlar. H.Cavid. Buranın [Çalusun] bollu düyüsü və məşhur ipəyi vardır. M.İbrahimov.
2. Sif. mənasında. İpəkdən hazırlanmış, ipəkdən tikilmiş (toxunmuş). İpək paltar. İpək köynək. İpək pərdə. – Onlar ipək xalçalar döşənmiş aynalı pilləkənlərdən yuxarı çıxıb .. böyük salona girdilər. M.S.Ordubadi. Nazlı əynindəki tünd-şabalıd rəngli ipək köynəyini çıxartdı.. S.Rəhman. ‣ İpək kimi – 1) çox incə, parlaq, yumşaq. İpək kimi saçları var. – Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun olsun iraq! M.Ə.Sabir. Of, nə yamandır o süzgün baxışlar; Ey ipək telləri zərəfşan gəlin! H.Cavid; 2) məc. mülayim, xoşrəftarlı, yumşaq. İpək kimi xasiyyət. – Deyir Məşədi bəy, alnında vüqar; Onun ipək kimi təbiəti var! S.Vurğun.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ipək
ipek