turklehceleri.org

ilıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ilıq

sif.
1. Azacıq isti, nə soyuq, nə isti, hərarətcə mülayim. İlıq su. – Bayırda ilıq bir bahar havası tənəffüs edilirdi. S.Hüseyn. İlıq günəş lopa-lopa buludların arasından üzünü göstərib, havanı qızdırmağa, yeri qurutmağa başlamışdı. Ə.Əbülhəsən. Günəşin ilk ilıq şüaları sularda oynaşırdı. S.Vəliyev.
2. Tamam bişməmiş, bərk bişməmiş, yarımmaye halında bişmiş. İlıq yumurta.
3. məc. şair. Hərarətli, oxşayıcı, nəvazişli, mehriban, xoş. Bu kəlmələrdə xalqın ilıq nəfəsi vardır; Qalib yeni dünyanın ölməyən səsi vardır. R.Rza. Bu zərbələrdən duyduğu ağrılar da .. [Buğaca] anasının ilıq ipək busələri kimi dadlı gələrdi. M.Rzaquluzadə. [Bəyim xalanın] ilıq təbəssümündə, yorğun baxışlarında bir məzəmmət duyurdum. İ.Hüseynov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ilıq

I. isti
{sıcak}

II. hərarətli, nəvazişli, mehriban, xoş
{sıcak, latif, muhabbetli, hoş}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ilıq

ılık


Last searches: