turklehceleri.org

idarə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

idarə

is. [ər.]
1. Hər hansı bir iş (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) sahəsinə baxan, müəyyən ştatı, müdiriyyəti olan təşkilat. Dövlət idarələri. Elmi tədqiqat idarəsi. Mərkəzi statistika idarəsi. İctimai idarələr. Sığorta idarəsi. – Mehriban zavod idarəsinin uzun, işıqlı dəhlizi ilə gedib sola döndü. H.Seyidbəyli. Rüstəm kişi paltosunun ətəyini yellədə-yellədə özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov. // Həmin təşkilatın və ya orqanın yerləşdiyi bina. İdarə saat 9-da açılır. İdarəyə getmək. İdarədə bu gün növbətçi kimdir? – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçulardan gündə biri idarə bağlandıqdan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Ağayar donquldana-donquldana idarədən çıxanda, əvvəl raykoma getmək istədi. Ə.Əbülhəsən.
2. Rəhbərlik etmə, rəhbərlik, başçılıq. • İdarə heyəti – hər hansı bir idarənin, təşkilatın və s.-nin başında duran seçkili orqan. Azərittifaqın idarə heyəti. – Qulu iki dəfə döşünü qabardıb idarə heyəti adından [İmi ilə Cimiyə] irad tutdu. İ.Əfəndiyev. Həmin gün Səməd idarə heyətinin iclasını çağırmışdı. İ.Hüseynov. İdarə etmək – 1) rəhbərlik etmək, başçılıq etmək, dolandırmaq. Dövləti idarə etmək. Ölkəni idarə etmək. Təsərrüfatı idarə etmək. // Müdirlik etmək, rəislik etmək, bir idarənin başçısı olmaq. İnstitutu idarə etmək. – Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Ə.Haqverdiyev. Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski; 2) dirijorluq etmək. Orkestri idarə etmək. Xoru idarə etmək; 3) hər hansı vasitələrdən, mexanizmlərdən, cihazlardan və s.-dən istifadə edərək, bir şeyin işini, hərəkətini nizama salmaq, müəyyən tərəfə yönəltmək, istiqamətləndirmək. Parovozu idarə etmək. Avtomatı idarə etmək. Gəmini idarə etmək. Ekskavatoru idarə etmək. – Qazıma zamanı buruğu və qazıma prosesini mütəxəssis qazıma ustası idarə edir. S.Quliyev; 4) yetmək, çatmaq, kifayət etmək, dolandıra bilmək, ödəmək. Ailəsini güclə idarə edir. Bu vəsait tələbatı idarə etməyəcək.
3. Qrammatikada: tabeedici sözün tələbinə görə tabe sözün müəyyən hallara düşüb dəyişməsi. İdarə əlaqəsi.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

idarə

daire, departman, idare, kuruluş, ofis, yönetim


Last searches: