icraçı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
icraçı
is.
1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. M.S.Ordubadi. // Sif. mənasında. [Yunis] əvvəl icraçı mühəndis, ..sonra trestin baş mühəndis müavini vəzifəsində işləmişdi. Mir Cəlal.
2. Bədii (musiqi, ədəbi və s.) əsərin ifaçısı. [Rəşid] ümumittifaq özfəaliyyət icraçıları baxışında birincilik qazanmışdır. M.Rzaquluzadə. ‣ Məhkəmə icraçısı – icra vərəqəsinə əsasən məhkəmə qərarını həyata keçirən məhkəmə işçisi.