turklehceleri.org

həşir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

həşir

is. [ər.]
1. bax. qiyamət 1-ci mənada.
2. bax. qiyamət 3-cü mənada. [Kəndlilər:] Bu həşir kimin evindədir? – deyə soruşurdular. T.Ş.Simurq.
3. Həşrədək şəklində zərf – qiyamətəcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. S.S.Axundov. Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı. M.Rahim.
4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində. Keçi san həşrindədir, qəssab piy hayında. (Məsəl). Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. S.Rəhimov. ‣ Həşir qoparmaq (qatmaq, salmaq) – bax. qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də). ..Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Gülçöhrə:] İndi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Ü.Hacıbəyov. [Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır. B.Bayramov. Həşir qopmaq – bax. qiyamət qopmaq (“qiyamət”də). Evdə bir həşir qopdu ki, gəl görəsən. “Kirpi”. Həşirə qalmaq – bax. qiyamətə qalmaq (“qiyamət”də). Həşirə qədər – bax. qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

həşir

hay-küy, qiyamət
{gürültü, kıyamet}


Last searches: