turklehceleri.org

həvalə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

həvalə

is. [ər.]
1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma. • Həvalə edilmək (olunmaq) – üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq. [Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur. Çəmənzəminli. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq. Həvalə etmək – üzərinə, öhdəsinə buraxmaq, qoymaq, tapşırmaq. [Qüdrət:] Sərdar bu vəzifəni [Cavad ağaya] həvalə edib. M.S.Ordubadi. Böyük qardaşının [Nəsirə] həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək ancaq onların öhdəsindən gələ bilərdi. S.Hüseyn.
2. mal. Bir ödənişin başqa şəxsin adına keçirilməsi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

həvalə

tapşırılma
{bulunma}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

həvalə

havale


Last searches: