həsir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
həsir
is. [ər.] Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). Ustalar əllərini yuyub, gavalı ağacının altına salınmış həsirin üstə əyləşdilər. Çəmənzəminli. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Həmin məmulatdan toxunmuş və ya düzəldilmiş. Həsir şlyapa. – Ranqunun kənarları yüngül qamış və ya həsir evlərdən ibarətdir. M.İbrahimov. ‣ Bir həsir, bir Məmmədnəsir – çox kasıb, yoxsul, heç bir şeyi olmayan adam haqqında. [Bəbir bəy:] Sənin kimi oğlanı belə bir həsir, bir Məmmədnəsir görəndə vicdanım ağrıyır. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
həsir
I. qapçaq, palaz
{testi, su kabı}
II. şlyapa, papaq
{şapka, başlık}