turklehceleri.org

hərcayi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

hərcayi

sif. [fars.]
1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam. – Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş qaldırıb, talanlar yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov. // Zərf mənasında. Boş-boş, avara-avara, veyil-veyil. Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. M.Ə.Sabir. // İs. mənasında. Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər. Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq içində, dost yanında olar xar.. Aşıq Hüseyn.
2. Mənasız, boş. Hərcayi iş. – [Hacı:] Hərcayi söz danışırsan! M.İbrahimov. İçəridən .. zarafatlaşan cavanların hərcayi sözləri eşidilirdi. İ.Hüseynov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

hərcayi

boş, nahaq
{boş, haksız}


Last searches: