turklehceleri.org

həndəsi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

həndəsi

sif. [ər.]
1. Həndəsəyə, həndəsə elminə aid olan, həndəsə ilə əlaqədar olan. Həndəsi üsul. Həndəsi aksiom. – Xalam mətbəxdə qutab üçün yoğurduğu kiçik kündələri oxlov altına salıb cığara kimi nazik və həndəsi çevrə kimi yuvarlaq yuxalar yayırdı.. Ə.Məmmədxanlı.
2. Xətlərdən, nöqtələrdən və sxematik fiqurlardan (üçbucaqlardan, konuslardan, əyri xətlərdən və s.) ibarət olan. Həndəsi ornament. – Ax, bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... B.Vahabzadə.


Last searches: