turklehceleri.org

həmişəki

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

həmişəki

sif. və zərf
1. Həmişə olan, hər vaxt olan; hərvaxtkı, adi. Həmişəki qayda. Həmişəki iş. – Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “Ərrəhman” oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı. Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi, Qətibə həmişəki adəti üzrə onları bir yerdə buraxıb çıxdı. M.S.Ordubadi.
2. Həmişəkindən şəklində – həmişə olduğundan, adi qaydadan. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi. Qız həmişəkindən daha artıq bir səmimiyyətlə onu qarşıladı. M.İbrahimov. Bu gün dəniz həmişəkindən coşqun idi. S.Vəliyev.
3. “kimi” qoşması ilə – həmişəki kimi, həmişə, hər vaxt olduğu kimi, adi qaydasında. Qüdrət dinmədi, ayağa qalxdı və həmişəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi. M.Hüseyn.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

həmişəki

daimi
{daimi}


Last searches: