həbs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
həbs
is. [ər.]
1. Dustağasalma (salınma), azadlıqdan məhrumetmə (edilmə). Həbs cəzası. – Məhbəs də, qəfəs də, həbs də, qəsd də; İnsan mərd olanda həddini aşmır. M.Araz. • Həbs edilmək, həbsə düşmək – həbsxanaya salınmaq, azadlıqdan məhrum edilmək, dustağa düşmək. [Əmiraslan oğruluq və yol kəsmək üstündə] neçə dəfə həbsə düşüb çıxdı. S.S.Axundov. Özü deməmişdi, bilirdim onu; Neçə il qabaq; Həbs eyləmişlər. B.Vahabzadə. Həbs etmək, həbsə almaq – həbsxanaya salmaq, azadlıqdan məhrum etmək. [Kərəm Hələb paşasına:] İndi, buyur, məni aparsınlar, həbs etsinlər. Ü.Hacıbəyov.
2. hüq. Mülkdən, maldan və s.-dən istifadə edilməsinin məhkəmə orqanları tərəfindən qadağan olunması.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
həbs
tutulma, saxlanılma
{tutulma, saklanılma}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
həbs
tevkif