turklehceleri.org

hüquq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

hüquq

is. [ər. “həqq” söz. cəmi]
1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ. – İnsan hüququndan dərs deyən ölkə; Haqqı bağ güncünə niyə atmısan? B.Vahabzadə. // Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ. // Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ. // Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru. – Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. S.Rəhimov.
2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ. – Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? C.Məmmədquluzadə. // Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ. // dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ.
3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir. – [Cahan:] İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.
4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur.
5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq. ..Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. C.Məmmədquluzadə. ‣ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi. Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

hüquq

I. ixtiyar, imtiyaz
{ayrıcalık, imtiyaz}

II. haqq
{hak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

hüquq

adli, Hak, hukuk, vekalet, yetki


Last searches: