hövzə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hövzə
I. is. [ər.] Böyük süni sututar; dəryaça. [Səfərli Aydına:] Bu dağlarda isə nəhəng bir su hövzəsi düzələcək. H.Seyidbəyli.
II. is. [ər.]
1. coğr. Qolları ilə birlikdə çayın əhatə etdiyi sahə; dənizə, gölə yapışıq ərazi. Arazın hövzəsi. – Tərtər çayı hövzəsində bu sıra dağ çox dərin dərələrə parçalanır. Q.Gül. Bol nemətli, bərəkətli hövzəsi Nilin; Doyurmadı qarnını yoxsul misirlinin. O.Sarıvəlli.
2. Mədən süxurları, yatağı olan yer. Kömür hövzəsi. – İkinci həftədir o gəlir bura; Uzaq Almaniyadan – Rur hövzəsindən. Ə.Kürçaylı.