hövkələmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hövkələmək
f.
1. Bədənin hər hansı bir yerini barmaqları ilə sıxmaq, əzişdirmək, ovmaq, ovuşdurmaq; masaj eləmək. Baldırını hövkələmək. – Eyvaz özünəməxsus təmkinlə danışır, arabir sağ əli ilə təzə qırxılmış çənəsini hövkələyirdi. Ə.Vəliyev.
2. Bir şeyi əlinin içində sıxıb əzişdirmək, əzmək, büzüşdürmək. Maxorkanı hövkələmək. – Qız əlində hövkələdiyi kağızı üzünə sıxıb .. ağlayırdı. B.Bayramov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
hövkələmək
ovuşdurmaq, büküşdürmək, əzmək, sıxmaq
{ovuşturmak, bükmek, ezmek, sıkmak}