hörülmüş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hörülmüş
f.sif.
1. Tikilmiş, inşa edilmiş. Hörülmüş divar.
2. bax. hörmə 2-ci mənada. Bir ara, qırmızı sapdan hörülmüş torun dalında elə bil [Fatmanın] gözləri qapandı. Ə.Əbülhəsən. [Dürrə] boynuna qamışdan hörülmüş bir zənbil asdı.. S.Vəliyev.
3. Hörük edilmiş, hörüklənmiş. Hörülmüş saç. – Nərminə [Səltənətin] səliqə ilə daranıb hörülmüş zil qara, yoğun, gödək hörüklərinə nəzər salıb gülümsündü. B.Bayramov.