horra
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
horra
is.
1. Müxtəlif maddələrdən ibarət sıyıq kütlə. [Qurban:] Qanın qaralmasın, Telli, yerə töküləni yığıb vermişəm, sexdə alma horrası qayırsınlar. Ə.Məmmədxanlı. – Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü... İ.Məlikzadə. // Sıyıq, duru halda olan xörək. Bir aydan artıq Almazın ağzına horra tökdülər. S.Rəhimov. Yazıq uşaqcığazlar gündə bircə dəfə arpa unundan horra bişirib içirlər. M.Hüseyn. // məc. Çox sıyıq, duru bişirilmiş xörək haqqında. Bu umac deyil, horradır. Xəmiraşı çox horradır.
2. Heyvanlar üçün xüsusi sıyıq yem. İt üçün horra hazırlamaq. İnək horranı yedi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
horra
sıyıq, yal
{sıvı, akıcı}