heyifsilənmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
heyifsilənmək
1. bax. təəssüflənmək. Amma mən ona heyifsilənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq. C.Məmmədquluzadə. Xan Dızaq sığnağına atlı göndərdiyini söylədi, Vaqif heyifsilənən (f.sif.) kimi oldu. Çəmənzəminli.
2. f. Heyfi gəlmək, əsirgəmək (əsasən inkarda işlədilir). [Mürsəl:] Canavar ovuna gedən gülləyə heyifsilənməməlidir. Ə.Vəliyev.