turklehceleri.org

harın

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

harın

с. 1) чыгымчы, тискәре; 2) күч. холыксыз

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

harın

sif.
1. Yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, qızğınlaşmış, azğınlaşmış; tünd. Harın dayça. – [Xanlar:] Nə qədər xam və harın at olsa, [anam] cilovunu dəstələyib belinə atılasıdır. Qantəmir. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə.
2. məc. Qudurğan, azğın, həddindən artıq lovğa, özündənrazı, mütəkəbbir adam haqqında. Harın qız. – Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq. Bu almazlar işğalçıların zəngin salonlarında bərq vurur, harın xanımların qolunu, boynunu bəzəyir. R.Rza.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

harın

dikbaş, lovga
{mağrur, kibirli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

harın

arsız


Last searches: