turklehceleri.org

halal

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

halal

sif. [ər.]
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi). // köhn. Kəbinli, nikahlı; qanuni. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn. // İs. mənasında. köhn. Kəbinli arvad. [Cavad bəy:] Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. İ.Musabəyov.
2. məc. Zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. [Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!.. – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn. Onun halal çörəyilə qüvvət gəlir ürəklərə; Bərkiyərək polad olur övladımın sümükləri. S.Rüstəm. // məc. Halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən. İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. M.Hüseyn.
3. Halaldır şəklində – bax. halal olsun! ‣ Halal etmək köhn. – borcunun, yaxud vaxtilə etmiş olduğu pisliyin üstündən keçmək, bağışlamaq. [Xan:] Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. Çəmənzəminli. [Səriyyə:] Ah! Hüsniyyə.. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. C.Cabbarlı. Halal xoşun(uz) olsun! – bax. halal(ın) olsun! [Əliməmməd eşikağasına:] Elə bu yüz əşrəfini gətirə bildim, sənə peşkəşdir. Yuxarıda Allah, yerdə sən, halal xoşun olsun. Çəmənzəminli. Halal(ın) olsun! – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir – halaldır, halal xoşun olsun. Halal olsun İskəndərə; Unudub dünya cifəsin; Tabe olub peyğəmbərə.. Aşıq Ələsgər. Halal süd əmmiş – namuslu, düz, təmiz vicdanlı. [Kərbəlayı:] Doğrudan arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli. [Südabənin anası:] Oğlum, Firidun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan. M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

halal

qanuni
{yasal}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

halal

helal

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

halal

[hala:l], syp.1.Yslam dininiň kada-kanuny boýunça ygtyýar edilen, şerigatyň kada-kanunyna laýyk gelýän, haram däl. 2. Durmuşyň kada-kanunlaryna laýyk gelýän, kada-kanun boýunça ygtyýar edilen, arassa, päk, päkize, hakyky, kanuny. 3.Bap, mynasyp gelýän, ynamy ödeýän. Ata kesbi ogla halal (Nakyl).
 ‣ Halal mal eti iýilýän mal. Halalyň bolsun (halal saňa)!"nesip etsin, berekella" diýen manyly söz düzümi. Halal zähmet öz güýjüň, hünäriň, käriň bilen çekilýän zähmet.

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

halal

a. Helal. Halal mal – Helal mal. Halalim – Eşim; nikahlı eşim.

Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)

halal

helal; iyi niyetli, candan, yardımsever. ~ açha: helal para, ~ teñ: candan arkadaş, ~ adam: iyi niyetli adam, ~ cürekli: iyi kalbli, ~ köllü: gönlü açık, iyi kalbli, haram ~ tanımağan: haram helal bilmeyen, aşağanıñ ~ bolsun: yediğin helal olsun, anı kanı ~dı: onun kanını akıtmak günah değildir (d), suvnu içermi ediñ? Su içer misin? Oğay, saña halaldı: hayır, sana helaldir (gelenek).


Last searches: