turklehceleri.org

güzəşt

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

güzəşt

is. [fars.] Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma, əl çəkmə. // Alış-verişdə qiyməti aşağı salma. // Bağışlama, keçmə (borc, günah haqqında). ‣ Güzəşt etmək (eləmək) – 1) bax. güzəştə getmək 1-ci mənada. [Nərgiz:] Mən səadəti öz doğma bacıma güzəşt eləyə bilmədim.. B.Bayramov; 2) alış-verişdə qiyməti aşağı salmaq. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir; 3) köhn. keçmək, ötmək. Altmışı sinnim eləyibdir güzəşt. Ə.Nəzmi; 4) bağışlamaq, təqsirindən keçmək. Uşağa güzəşt etmək. – [Nazir:] Fəqət mən bu dəfəlik sizə güzəşt edirəm. S.Hüseyn. Güzəştə getmək – 1) başqasının xeyrinə bir şeydən əl çəkmək. Rəşid atasının kövrəldiyini və danışarkən səsinin titrədiyini hiss edib, istər-istəməz güzəştə getdi.. M.Hüseyn; 2) bax. güzəşt etmək 2 və 3-cü mənalarda. Qiymətdə güzəştə getmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

güzəşt

razılaşma, iltifat, yumşaqlıq
{anlaşma, iltifat, yumuşaklık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

güzəşt

ıskonto, ikram, indirim, iskonto, taviz, tenzilat


Last searches: