güvənmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
güvənmək
f.
1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. – Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. (Ata. sözü). Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun.
2. Lovğalanmaq, öyünmək, qürrələnmək, boş yerə fəxr etmək. [Bayram:] ..Sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var? M.F.Axundzadə. İncə xanım çox güvənir özündəki gözəlliyə. S.Vurğun.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
güvənmək
güvenmek