turklehceleri.org

göyərmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

göyərmək

I. f.
1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. – Qızın üzü-gözü, .. zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi. H.Seyidbəyli.
3. məc. Soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. Lalənin dodağı gömgöy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı. R.Rza. Ədhəmin qara sifəti dərhal dönüb göyərdi. B.Bayramov. // məc. Bərk hirslənmək, özündən çıxmaq. Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. H.K.Sanılı.
4. Uzaqdan görünmək (göy şey haqqında). Uzaqdan dəniz göyərirdi.

II. f.
1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. – Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. A.Səhhət.
2. məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir.
3. məc. Bir nəticə vermək, nəticə hasil olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. B.Bayramov.

III. f. Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi. – Bahar yaşıllaşdı, dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı.. Çəmənzəminli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

göyərmək

I. cücermək, yaşıllaşmaq, bitmək
{yetişmek, yeşillenmek, bitmek}

II. üşümək
{üşümek}

III. qışqırmaq, bağırmaq
{haykırmak, bağırmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

göyərmək

morarmak


Last searches: