götürülmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
götürülmək
I. məch.
1. Ələ alınaraq qaldırılmaq. Çamadan götürüldü. // Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). Cənazə saat 5-də götürüldü.
2. Özü ilə bərabər, yanınca aparılmaq. Uşaq kəndə götürüldü.
3. Qəbul olunmaq, daxil edilmək. Dəstəyə götürülmək. İşə götürülmək.
4. Əldə edilmək, məhsul alınmaq. Bol taxıl götürüldü.
5. Ləğv edilmək, qaldırılmaq. Qadağan saatı götürüldü.
6. Əxz edilmək, alınmaq. Söz dialektdən götürülmüşdür. Mövzu xalq həyatından götürülmüşdür.
7. Çıxarılmaq (baş geyimləri haqqında). Mazut iyi verən qabarlı əllər tərpənir, mazutlu papaq və şapkalar götürülür. M.İbrahimov.
8. Yox olmaq, aradan çıxmaq. Ey vah ki, heysiyyəti-millət götürüldü; Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir. Tutaq ki, zülm lap götürüldü. C.Məmmədquluzadə. [Daşdəmir] kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü. N.Nərimanov.
II. qayıd. Birdən, gözlənilmədən, yerindən qaçmağa başlamaq; birdən qaçmaq. Uşaq götürüldü. At götürüldü. – Birdən boz at ucadan kişnədi, qulaqlarını qırpa-qırpa aşağılarda otlayan ilxıya baxdı və qəfildən götürüldü. M.Hüseyn. Qürbət xala kağızı alıb götürüldü. Mir Cəlal.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
götürülmək
alınmak, götürülmek