turklehceleri.org

götürqoy

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

götür-qoy

is. Mülahizə, fikir, məsləhət, müzakirə. Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar. Ə.Vəliyev. Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy uzun çəkdi. B.Bayramov. ‣ Götür-qoy etmək (eləmək) – mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq. M.S.Ordubadi. Kosa çox götür-qoy etdikdən sonra .. qara qıfılı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən. B.Vahabzadə.


Last searches: