göbək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
göbək
is.
1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq. • Göbəyə qədər (kimi) – belə qədər, beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir .. və qurumuş otlardan qotman vururdular. A.Şaiq. Su gölmədə göbəyimizə kimi çıxırdı. S.S.Axundov.
2. bax. göbəkbağı. Uşağın göbəyi düşdü.
3. məc. zar. Bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. Dünyanın göbəyi. – Bu zalım oğlu zalım axırda işi o yerə gətirib çatdırdı ki, İstanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. “Koroğlu”.
4. məc. Səbəbkar, bais mənasında. [Süleyman:] Bütün bu işlərin göbəyi Tofiqdi. M.İbrahimov.
5. bax. göbəkduası. [Ələsgər Mirzə Heydərə:] Çıxıb getsənə göbək yazmağın dalınca! Ə.Haqverdiyev. ‣ Göbək bağlamaq zar. – kökəlmək, ətlənmək, ətə-cana dolmaq. Yağ salıb, bağlayıb cümlə göbək. S.Ə.Şirvani. Göbəyi düşmək – ağır iş nəticəsində qarnı zədələnmək. Göbəyini piyləndirmək – bax. göbək bağlamaq. [Paşa bəy:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
göbək
göbek