gurlamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gurlamaq
f.
1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı. // Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı. – Şeypurlar gurladı, ov bitdi. Çəmənzəminli. [Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun.
2. Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı. – [Ayrım qızının] gurlayan (f.sif.) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. A.Şaiq. // Bərk səslənmək. Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı. H.Nəzərli.
3. məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq. Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
gurlamaq
gumbuldamaq, partıldamaq
{gürlemek, patırdamak}
Last searches:
- sıxışdırılma,
- Odaklanmak,
- kriko,
- qayerlik,
- dagy,
- çukut,
- xamirturush,
- rooted,
- rabot,
- daa,
- şiret,
- pensiya,
- Dos,
- kollektiv,
- dair,
- jamoatchilik,
- ipadilimaq,
- yérim,
- dahan,
- müessir,
- soğuk,
- gurlamaq