gecəgündüz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gecə-gündüz
1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
2. zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. – Sənsiz füzun olur gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid. [Nadir] yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi. B.Talıblı. [Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalışırlar. H.Nəzərli.
3. is. dan. köhn. Keçmişdə qadın paltarı tikilən bir ipək parçanın adı. Gecə-gündüzdən paltar geymək. ‣ Gecəsi-gündüzü olmamaq – gecəgündüz bilmədən işləmək, çalışmaq rahatlıq bilməmək. Tağlar məhsul tökəndə, kişinin gecəsi-gündüzü olmaz(dı).. Mir Cəlal.