turklehceleri.org

fitrət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fitrət

is. [ər.]
1. Yaradılış, xilqət, təbiət. Bir rəngdə deyildir insan fitrəti; Quzuykən qəflətən o dönür şirə. B.Vahabzadə.
2. Xasiyyət, təbiət. Fitrəti belədir. Fitrətində olmaq. – [Çopo Ceynizə:] Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik. Çəmənzəminli. “Nəzakət”, “sakitlik”, “mədənilik” naminə nöqsanların üstünü vurmamaq bizim .. fitrətimizə ziddir. S.Rəhimov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

fitrət

fıtrat


Last searches: