firuzə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
firuzə
is. [fars.]
1. Göy rəngli qiymətli daş. Firuzə yataqları. – Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı. Çəmənzəminli. // Həmin daşdan qaşı olan. Firuzə qaşlı üzük.
2. Göy, mavi. Firuzə səma. – Mən görmüşəm kölgələri; Firuzə sulara düşən; Ağ yelkənlərin yaraşığını. R.Rza. Kainat nə böyük, yaşamaq nə xoş; Firuzə dəniz də bəxtiyar, sərxoş. N.Rəfibəyli.