turklehceleri.org

feyzyab

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

feyzyab

[ər. feyz və fars. ...yab]: feyzyab etmək – feyzləndirmək, feyz vermək. Həmişə şəhərə qayıdanda Cənnətəli şeirləri ilə məni də feyzyab edər. Çəmənzəminli. [Məşədi Qəzənfər:] .. Dərvişlər hamısı hamama yığılıb gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Ü.Hacıbəyov. Feyzyab olmaq – feyzlənmək, feyz almaq, fayda götürmək (bəzən kinayə ilə deyilir). ..İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyzyab oldular. C.Məmmədquluzadə. Onuncu günü şəbihi şəhərin ətrafında, böyük bir kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. Ə.Haqverdiyev. fəaliyyətli, daim fəaliyyət göstərən, çox iş görən, çox işləyən. Çox fəal adamdır. – [Malik] Sona kimi bir neçə fəal gəncləri içəri apardı. M.İbrahimov. // zərf Fəaliyyətlə, fəal surətdə, aktiv surətdə. İclasda fəal iştirak etmək.
2. is. Hər hansı bir kollektivin və s.-nin ən çalışqan, işcil, fəaliyyətli üzvü (çox vaxt cəm şəklində işlənir); aktivist. Partiya fəalları yığıncağı. – [Həsrət Yusifə:] Əyə, bəs bu kəndin fəalları hanı, partiya təşkilatı nə iş görür? B.Bayramov.


Last searches: