fağır
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
fağır
is. və sif. [ər.]
1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. – [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə.
2. Kasıb, yoxsul, tavanasız, miskin. Fağıra kömək etmək. – Dağıdın fağırlara; Dövlətin, malın keşişin! Aşıq Ələsgər. [Qulu:] Adam fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. S.S.Axundov. fağır-fağır zərf Yazıq-yazıq, məzlumməzlum; fağırcasına. Fağır-fağır oturmaq. – Mehriban fağır-fağır kişinin dalınca baxıb bir müddət qapını örtmədi. H.Seyidbəyli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
fağır
I. sakit, dinc, mülayim, sadə, təvəzökar, utancaq
{sakin, rahat, mülayim, sade, mütevazı, utangaç}
II. zavallı, biçare, yazıq, badbext, miskin
{zavallı, biçare, aciz, bahtsız, miskin}
III. yoxsul, kasıb
{yoksul, fakir}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
fağır
fakir, fukara